Azərbaycanda xiyar kəskin ucuzlaşdı

12:24 - 23 Aprel 2024 - ÖLKƏ İÇİ

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb.

İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir.

Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. 

Bakıda isə supermarketlərdə xiyarın bir kiloqramı 2-5 manata satılır.

Xəbər xətti