Moskvada parkinqə görə qətl törətməkdə təqsirləndirilən Şahin həbs edildi

16:24 - 22 Aprel 2024 - Ədəbiyyat

Moskvada məhkəmə dayanacaq mübahisəsinə görə qətl törətməkdə təqsirləndirilən şəxsi həbs edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Məhkəməsi Şahin Abbasovu parkinq mübahisəsinə görə qətl ittihamı ilə həbs edib.

“Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, - deyə hakim qərardad elan edib.

Məhkəmənin hökmü hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər. 

 Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər.

Xəbər xətti