Dünyanın ən böyük şirkəti Rusiyanı tərk edir

12:24 - 22 Aprel 2024 - DÜNYA

Dünyanın ən böyük tikinti materialları istehsalçısı olan Almaniyanın Knauf şirkəti Rusiyadakı biznesini yerli idarəetməyə keçirməyi planlaşdırır.

Ucnoqta.az TASS-a istinadən  xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Knauf Qrupu 30 ildən artıq Rusiyada işləyir. Hesabatda bildirilir ki, şirkət gələcəkdə 4000-dən çox insan üçün iş yerlərini qorumaq üçün ölkədəki bütün biznesi yerli idarəetməyə vermək niyyətindədir.

Əməliyyatı başa çatdırmaq üçün hələ Rusiya hakimiyyət orqanlarından icazə alınmayıb.

Başqa təfərrüatlar verilməyib.

Xəbər xətti