Alimlər siqaretdən ölüm hallarını azaltmağın yolunu tapıblar

06:42 - 19 Aprel 2024 - Cəmiyyət

Nottingem Universitetindən və digər akademik qurumlardan britaniyalı alimlər qrupu ağciyər xərçəngi skrininqindən keçən insanlara siqareti dayandırmaq üçün dəstək təklifinin siqaret çəkmə nisbətini azaltmaqda təsirli olduğunu müəyyən edib. Bu, siqaretlə əlaqəli xəstəliklər səbəbindən potensial həyat itkisini azaldır.

Ucnoqta.az xəbər verir ki, tədqiqat European Respiratory Journal (ERJ) elmi nəşrində dərc olunub.

Eksperimentin bir hissəsi olaraq ekspertlər ağciyər xərçəngi üçün yoxlanılan və siqaret çəkən 2150 insanla məsləhətləşiblər. Onlara yardım vədi ilə tütündən imtina proqramına qoşulmaq tövsiyə olunub.

Nəticədə respondentlərin 89%-i təklifi qəbul edib, 75%-i isə həftəlik dəstək almağa razılaşıb. Bir ay sonra 323 nəfər (15%) siqareti tərgitməyi bacardıqlarını bildirdi və onlardan 266 nəfəri pis vərdişdən əl çəkdiyini təsdiqləyən testlərdən keçməyə razılıq verib.

Alimlər qeyd ediblər ki, tibbi müayinə zamanı insanlar həkimlərin tövsiyələrinə qulaq asmağa meyllidirlər və bu, onlara sağlamlıqlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, xərçəng və digər ağır xəstəliklərin inkişaf riskini azaltmaq imkanı verir.

Xəbər xətti