Tramp və Duda arasında keçirilən görüş 2,5 saat davam edib

10:37 - 18 Aprel 2024 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Polşa prezidenti Anjey Duda arasında çərşənbə günü Nyu-Yorkda keçirilən görüş 2,5 saat davam edib və yaxşı atmosferdə keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Anjey Dudanı səfərdə müşayiət edən Polşa dövləti başçısının ofisinin nümayəndəsi Voytsex Kolarski məlumat verib.

Kolarski bildirib ki, Trampla Duda arasında görüş Manhettendə, 68 mərtəbəli "Trump Tower" göydələnində baş tutub.

Duda özü Trampla danışıqları “dostluq görüşü” adlandırıb.

Xəbər xətti