Kreml sülhməramlıların Qarabağdan çıxarılmasını TƏSDİQLƏDİ

14:25 - 17 Aprel 2024 - Xəbər

Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

“Bəli, həqiqətən də belədir”, - Kreml nümayəndəsi cavab verib.

Qeyd edək ki, ötən gün Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk etməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Xəbər xətti