Pakistanda güclü yağışlar 39 nəfərin həyatına son qoyub

09:35 - 15 Aprel 2024 - DÜNYA

Bazar ertəsi Pakistanın müxtəlif bölgələrində üç gündür davam edən güclü yağışlar nəticəsində ölənlərin sayı 39-a çatıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, son 24 saat ərzində Hayber Paxtunxva, Bəlucistan və Pəncab əyalətlərində ildırım çaxması və yağışla əlaqədar yaşayış binalarının və körpülərin uçması nəticəsində azı 12 sakin ölüb. Təbii fəlakət qurbanlarının ən çoxu Pəncabda qeydə alınıb, burada 21 nəfər təbi fəlakətin qurbanı olub.

Xəbər xətti