Bayer yeni rekorda imza atıb

00:12 - 15 Aprel 2024 - İDMAN

"Bayer Leverkuzen” məğlubiyyətsiz matçların sayına görə Avropanın ən yaxşı 5 liqası arasında yeni rekorda imza atıb.

Ucnoqta.az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda “Verder”lə çempionat matçında tarixi uğura imza atıb. Almaniya Bundesliqasının 29-cu turunun Leverkuzendəki "BayArena" stadionunda 30 min tamaşaçının iştirakı ilə keçirilən görüşü meydan sahiblərinin 5:0 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb.

Bu oyundan sonra "Bayer"in məğlubiyyətsizlik seriyası 43 oyuna çatıb. Leverkuzen son məğlubiyyətini 2023-cü ilin mayında alıb. Avropanın top 5 liqasında əvvəlki rekord 2011/12 mövsümündə 42 matçda uduzmayan Turin "Yuventus"una məxsus idi.
 

Xəbər xətti