Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.
"Report"un məlumatına görə, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.
Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.
Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.