Rusiya şəkər ixracına qadağa tətbiq edib

11:25 - 6 Aprel 2024 - İQTİSADİYYAT

Rusiya şəkər ixracına müvəqqəti qadağa tətbiq edib. Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq.

Ucnoqta.az-ın məlumatına görə, “İnterfaks” bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin gömrük alt komitəsinin qərarı ilə tanış olan bazar mənbələrinə istinadən xəbər verir.

Müvəqqəti embarqo layihəsi xaricə şəkər tədarükünün artması ilə bağlı narahatlıqlar fonunda mart ayında ortaya çıxıb. Avqustdan fevralın ortalarına qədər olan dövrdə Rusiya digər ölkələrə əvvəlki analoji dövrlə müqayisədə üç dəfə çox şəkər satıb - 164,3 min tona qarşı 442 min ton.

Xəbər xətti