"Fənərbağça" Türkiyə Superkubokunda "Qalatasaray"la matçı pozmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Ajansspor” qəzeti klubun idarə heyətinin üzvü Erol Biletsikə istinadən məlumat yayıb.
Fənərbaxça bu matçda gənclər komandasından 9 futbolçunu (19 yaşa qədər oyunçular) meydana çıxarmağı planlaşdırır - bu görüş üçün icazə verilən minimum sayıdır. Oyun zamanı onlardan üçü “oyunu davam etdirə bilməyəcək”, o zaman, qaydalara görə, hakim matçı ləğv etməli olacaq.
Bunun sayəsində “Fənərbaxça” oyunu boykot etdiyi üçün cərimədən yayına bilər, “Qalatasaray”ın Superkuboku qazandığı üçün mükafatlandırma mərasimi baş tutmaya bilər.
"Fanatik" qəzeti "Fənərbağça"nın oyunu poza biləcəyi ilə bağlı daha üç variant yazıb: oyunçular bilərəkdən qırmızı vərəqə ala, start fitindən sonra meydanı tərk edib texniki məğlubiyyət ala, ya da oyunu tamamilə tərk edərək növbəti mövsüm Türkiyə Kubokuna diskvalifikasiya ala bilərlər.
Superkubok matçı aprelin 7-də Şanlıurfa şəhərində keçiriləcək.