Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa sadiqdir - Paşinyan

14:49 - 5 Aprel 2024 - SİYASƏT

Ermənistanın baş naziri Brüsseldə keçirdiyi brifinq zamanı Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsindən danışıb və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan prosesə sadiqliyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanımağa sadiqdir.

“Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə və Alma-Ata Bəyannaməsinə əsaslanan bütün regional kommunikasiyaların bloklanmasına, ölkələrin suverenliyi və yurisdiksiyası prinsiplərinə tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam sadiqdir” - Baş nazir deyib.

Xəbər xətti