Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

10:21 - 4 Aprel 2024 - SİYASƏT

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırki vəziyyəti şərh edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

Xəbər xətti