Beşinci “Matrisa” ABŞ-da çəkiləcək

05:24 - 4 Aprel 2024 - Mədəniyyət

Film şirkəti “Warner Bros.” Matrix franşizasında beşinci filmi hazırlayır. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Filmin rejissoru və ssenari müəllifinin “World War Z”, “The Martian” və “No Good at the El Royale” filmlərinin rejissoru Dryu Qoddard olacağı məlum olub. Franşizanın yaradıcılarından biri və ilk üç filmin rejissoru Lana Vaçovski filmin baş prodüseri kimi fəaliyyət göstərəcək. İkinci yaradıcı Lilli Vaçovski layihədə iştirak etməyəcək.

Beşinci filmin çəkilişlərində baş rol ifaçısı Neo - Kianu Rivzin iştirak edib-etməyəcəyi də məlum deyil.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının “Emily in Paris” serialında rol alacağı məlum olub.

Xəbər xətti