Qızılın qiyməti yeni rekorda yüksəlib

21:49 - 3 Aprel 2024 - İQTİSADİYYAT

Qızılın qiyməti FED-in uçot dərəcəsini endirəcəyi gözləntiləri ilə bir unsiya üçün 2315 dolları keçib

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times yazıb. İnvestorlar inadkar yüksək inflyasiyaya baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin bu ilin sonunda faiz dərəcələrini aşağı salacağını gözlədikləri üçün qızıl qiymətləri bir unsiya üçün 2315 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

“Təhlükəsiz aktiv” hesab edilən qiymətli metal fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artmasına həmçinin Yaxın Şərqdə münaqişənin şiddətlənməsi qorxusu da səbəb olub. Pik həddinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% yüksək olmaqla bir unsiya üçün 2,324 dollara satılır.

Xəbər xətti