Zaqatalada yük və minik maşınları toqquşub

11:30 - 3 Aprel 2024 - SİYASƏT

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

Ucnoqta.az xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan 1961-ci il təvəllüdlü Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti