Qızılın qiyməti rekord bahalaşdı

05:29 - 3 Aprel 2024 - İQTİSADİYYAT

Comex birjasında ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çatıb.

Ucnoqta.az xəbər verir ki, bunu ticarət platformasının saytındakı məlumatlar sübut edir.

Qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2300,2 dollar (+1,23%) təşkil edib. 

Martın 21-də qızıl qiymətləri yeni tarixi rekorda imza atıb. Birjada qiymətli metalın qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 2200 dolları ötüb.

Xəbər xətti