Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi" "Qarabağ"ı qəbul edib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb 4:0.
Hesab oyunun 14-cü dəqiqəsində açılıb. Toral Bayramov penaltini dəqiq yerinə yetirərək "Qarabağ"ı önə keçirib. Oyunun 29-cu dəqiqəsində Toral komandasını iki top irəli keçirib.
Marko Yankoviç 37 və Nəriman Axundzadə 86-cı dəqiqədə hesabı 4 topa çatdırıblar.