AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq - Albaniya oyununun UEFA nümayəndəsi olacaq.
C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.