Bələdiyyə seçkiləri yeni dönəmin başlanğıcına vəsilə olacaq - Ərdoğan

16:26 - 31 Mart 2024 - SİYASƏT

Qısa müddət ərzində parlament və prezident seçkilərinin, bu gün isə bələdiyyə seçkilərinin keçirilməsi millətimizi yordu.

APA-nın xəbərinə görə, bunu bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan bu gün keçirilən bələdiyyə seçkilərinin yeni dönəmin başlanğıcına vəsilə olacağını bildirib: “Bir yandan parlament və prezident seçkiləri, bir yandan bələdiyyə seçkilərinin ölkəmizdə inşaallah, yeni dönəmin, yeni yüz ilin başlanğıcına vəsilə olmasını diləyirəm”.

Xəbər xətti