Transfer işləri ilə agentim məşğul olur. Mənim təkliflər barədə məlumatım yoxdur.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.
Hücumçu “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri XXVIII turun matçından sonra “Qarabağ”la Azərbaycan çempionu olması barədə danışıb:
“Bu, peşəkar idmançı kimi birinci titulumdur və mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən əvvəl klub qarşısına hədəflər qoyur. Bu qədər erkən çempionluq gözləmirdim. Amma planımızda titula sahib çıxmaq var idi”.