Salyanda mikroavtobuslar toqquşub, xəsarət alanlar var 

20:59 - 29 Mart 2024 - SİYASƏT

Salyan rayonunda iki mikroavtobus toqquşub.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Babazanlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus “Vita” markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti