Ukrayna Dünya Bankından 1,5 milyard dollar kredit alıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal X sosial şəbəkəsindəki səhifəsində bildirib. Baş nazir Kiyevin inkişaf siyasəti krediti çərçivəsində Dünya Bankından 1,5 milyard dollar aldığını bildirib.
O əlavə edib ki, alınan vəsait sosial və humanitar ehtiyaclar və yenidənqurma üçün büdcə xərclərini əhatə etməlidir.