Valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

14:50 - 28 Mart 2024 - İQTİSADİYYAT

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,6 % (2 dəfəyə yaxın) çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 498,3 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,8 % çoxdur.

Xəbər xətti