İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman 91 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” onun övladlığa götürdüyü qızı Debora Treysmana istinadən yazıb.
Alim 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb.
Kahneman 1934-cü ilin martında Təl-Əvivdə anadan olub.