"Gedib Şuşada yaşayacağam" - Xalq artisti

13:19 - 7 Mart 2024 - Mədəniyyət

“Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”.

Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan Xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. 

Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı aktrisa bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.

Xəbər xətti