Mişustin Azərbaycana gəldi

16:43 - 5 Mart 2024 - SİYASƏT

Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, ölkə prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.

 Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Həmçinin, hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.

Xəbər xətti