Dollara tələb kəskin azaldı

13:13 - 5 Mart 2024 - SİYASƏT

5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. 

Ucnoqta.az AMB- yə istinadən xəbər verir ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Xəbər xətti