Neftin qiyməti cüzi bahalaşıb

09:30 - 4 Mart 2024 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti bir sıra OPEC+ ölkələrinin qərarı fonunda zəif artıb

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatları göstərir ki, bəzi OPEC+ ölkələrinin könüllü neft hasilatının azaldılmasını ikinci rübünədək uzatmaq qərarından sonra Londonun ICE birjasında Brent markalı neftin may ayı üçün fyuçerslərinin qiyməti ticarətin əvvəlində zəif artıb.

Belə ki, Brent markalı neftin fyuçersləri 83,67 dollar (+0,13%) səviyyəsində ticarət edildi. Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 0,11% artaraq bir barel üçün 79,98 dollar olub.

Martın 3-də bir sıra OPEC+ ölkələri neft hasilatının əlavə könüllü azaldılması üçün ilkin olaraq birinci rüb üçün nəzərdə tutulan tədbirlərin 2024-cü ilin ikinci rübünə qədər uzadıldığını elan ediblər. 

Xəbər xətti