Xalq artistinin həyat yoldaşı vəfat etdi - FOTO

10:49 - 2 Mart 2024 - Cəmiyyət

Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə Əliyeva vəfat edib.

Ucnoqta.az moderator.az-a istinadən xəbər verir ki, sənətkarın qızı Vəfa Əliyeva anasının bir neçə ay əvvəl dünyasını dəyişdiyini bildirib. 

"Anam oktyabr ayının 25-də dünyasını dəyişib. Xəstəliyinin ağırlaşdığını mətbuata xəbər vermədik. Elə 2 günün içində vəziyyəti ağırlaşdı, komaya düşdü və rəhmətə getdi. Eynən atam kimi. Həm də atamın vəfat etdiyi yaşda anam rəhmətə getdi" - Vəfa Əliyeva qeyd edib.

Xəbər xətti