Azərbaycanda daha bir vəzifəli işdən çıxarılıb

12:36 - 1 Mart 2024 - Mədəniyyət

Naxçıvan Muxtar Respublikası Culfa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Culfa rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Xudaverdi oğlu Həsənov işdən azad olunub.

Culfa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Hüseynli Füzuli Cabbar oğluna həvalə edilib.

Xəbər xətti