Yerli vaxtla saat 08:00-da İranın bütün əyalətlərində Ekspertlər Şurasına və Məclisinə (birpalatalı parlament) seçkilərdə səsvermə üçün məntəqələr açılıb.
Ucnoqta.az xəbər verir ki, İran Seçki Qərargahının məlumatına görə, səsvermə yerli vaxtla saat 18:00-a qədər davam edəcək. Qərargahın sözçüsü Möhsün İslami bildirib ki, lazım gələrsə, səsvermə uzadılacaq.
İranda Ekspertlər Şurasına seçkilər hər 8 ildən bir keçirilir.