Avstraliya 3 rusiyalıya sanksiya tətbiq edib

07:55 - 1 Mart 2024 - DÜNYA

Avstraliya hökuməti Aleksey Navalnının ölümündə günahkar olduğu iddia edilən üç Rusiya vətəndaşına qarşı yeni sanksiyalar elan edib.

Ucnoqta.az xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonqun müvafiq bəyanatı ölkənin diplomatik xidməti tərəfindən yayılıb.

Avstraliya Daxili İşlər Nazirliyi TASS-a bildirib ki, Avstraliya hökumətinin tətbiq etdiyi yeni sanksiyalar Rusiya Federal Penitensiar Xidmətinin direktor müavini Valeri Boyarinev, Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitinə və Navalnının öldüyü Xarp kəndindəki islah koloniyasının rəisi Vadim Kalininə aid edilib. 

Xəbər xətti