Bakıda avtomobil yolunda gəzən kişi qəza şəraiti yaratdı

18:27 - 29 Fevral 2024 - Cəmiyyət

 

Bakıda kişi avtomobil yolunun ortası ilə gəzərək nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb. 

İlkin ehtimallara görə, həmin şəxsin psixi sağlamlıq durumu yerində deyil. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Məlum görüntülər aidiyyəti üzrə tərəfimizdən araşdırılır”.

Xəbər xətti