Avropa Parlamentindən Rusiya və Belarusa qarşı yeni sanksiya

16:57 - 29 Fevral 2024 - DÜNYA

Avropa Parlamentinin (AP) üzvləri Rusiya və Belarusa qarşı yeni sanksiyaların tətbiqinə çağıran Avropa İttifaqından Ukraynaya gələcək dəstək haqqında qətnamə qəbul ediblər.

Ucnoqta.az xəbər verir ki, səsvermə Strasburqda keçirilən plenar iclas zamanı baş tutub.

Avropa Parlamentinin deputatları Rusiyanın uran və metallurgiya məhsullarının Aİ-yə idxalına qadağa qoyulmasını, həmçinin Rusiyanın nüvə sənayesi, xüsusən Rosatom ilə əməkdaşlığın tamamilə dayandırılmasını müdafiə edirlər. Analoji çağırış bir ildən bir qədər əvvəl AP-nin 2023-cü il fevralın 3-də Ukrayna üzrə Kiyevdə keçiriləcək sammitə həsr olunmuş xüsusi sessiyasında qəbul edilmiş qətnamədə də səslənmişdi.

Xəbər xətti