Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 287,6 milyon ABŞ dolları satılıb.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 870,6 milyon dollar təşkil edib ki, bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.