Ukraynada daha 1150 rusiyalı hərbçi həlak olub

10:36 - 29 Fevral 2024 - DÜNYA

Ukraynada Rusiya ordusunun itkiləri açıqlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Ukraynada daha 1150 rusiyalı hərbçi həlak olub.

Bununla da, Rusiya ordusunun Ukraynada canlı qüvvə itkilərinin sayı 413760 nəfərə çatıb.

Həmçinin, Rusiya ordusunun 23 tank, 44 zirehli texnika, 41 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 15 PUA, 40 texnika, 7 xüsusi texnikası məhv edilib.

Xəbər xətti