Yanaraq ölən qadının kimliyi bilindi

10:13 - 29 Fevral 2024 - HADİSƏ

Ötən gecə Salyan rayonunda yanğında vəfat edən qadının kimliyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evin tamamilə yanması nəticəsində həyatını itirən şəxs Həsənli kənd sakini 1964-cü il təvəllüdlü Svetlana Zeynalova olub.

Bildirilib ki, S.Zeynalova valideynləri vəfat edəndən sonra taxta konstruksiyalı evdə tək yaşayırmış. Ötən gecə evdə elektrik qısaqapanması səbəbindən yanğın baş verib və yuxuda olan qadın yanan evdən çıxa bilməyərək vəfat edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti