Azarkeş stadionun yuxarı hissəsindən yıxıldı

09:07 - 29 Fevral 2024 - HADİSƏ

"Lids" klubunun azarkeşi "Çelsi"yə vurulan qolu qeyd edərkən stadionun yuxarı hissəsindən yıxılıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, “Lids” azarkeşi komandasının Londonun “Çelsi” komandasına vurduğu qolu qeyd edərkən "Stamford Bric" stadionunun hissəsinin yuxarı hissəsindən yıxılıb.

Azarkeş yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qeyd edək ki, İngiltərə kubokunun 1/8 mərhələsi çərçivəsində baş tutan görüş 3:2 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb.

Xəbər xətti