Salyanda ev yanıb, ölən var

08:54 - 29 Fevral 2024 - ÖLKƏ İÇİ

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti