Faydaları saymaqla bitmir! Yatmazdan əvvəl yeyin …

00:44 - 29 Fevral 2024 - Cəmiyyət

Sağlam qidalanma və pəhriz siyahılarına əhəmiyyət verənlərin vazkeçilməz olduğu qatığın faydaları saysız-hesabsızdır. Gecə yatmazdan əvvəl bir kasa qatıq istehlak etməyin orqanizmə 8 müsbət təsiri var..

Ucnoqta.az xəbər verir ki, bir çox elmi araşdırma qatığın arıqlamağa kömək etdiyini ortaya qoyub. Mütəxəssislər isə yatmazdan əvvəl istehlak edilən bir kasa yoqurtun sağlamlığa müsbət təsir etdiyini vurğulayırlar.

Arıqlamağınıza kömək edir
Əksinə bir vəziyyət olmadığı halda qatıq həmişə dietoloqlar tərəfindən müştərilərinin siyahısına əlavə edilir. Qatığın tərkibində olan kalsium və amin turşuları orqanizmdə artıq yağların yandırılmasına kömək edir.

İmmuniteti qoruyur
Qatığın tərkibində immunitet sistemini gücləndirən antioksidanlar və probiyotiklər var. Soyuqdəymədən qoruyur.

Dəri sağlamlığı üçün faydalıdır
Qatığın bəzi formaları dərinin sağlamlığını yaxşılaşdırmağa kömək edən iltihab əleyhinə xüsusiyyətlərə malik ola bilər. Xüsusilə qatıq maskaları sızanaq və digər dəri problemlərini aradan qaldırmaq üçün istifadə edilə bilər.

Bəzi xəstəliklərə yoluxmanın qarşısını alır
Qatıq sümük sağlamlığı üçün vacib olan yaxşı bir kalsium mənbəyidir. Kalsium sümüklərinizi gücləndirməyə və osteoporoz kimi sümük xəstəliklərinin qarşısını almağa kömək edir.

Əzələlərin inkişaf edilməsi üçün tövsiyyə edilir
Qatıq bədəninizin ehtiyac duyduğu zülalın sağlam mənbəyidir. Protein əzələ böyüməsi, toxuma təmiri və ümumi sağlamlıq üçün vacibdir.

Diş sağlamlığına faydalıdır
Araşdırmalar göstərir ki, qatıq diş minası üçün çox faydalı qida mənbəyidir. Qatığın bol miqdarda ehtiva etdiyi laktik turşular diş ətinin qorunmasında mühüm rol oynayır. Xüsusilə gecələr müntəzəm olaraq istehlak edilən bir kasa qatıq dişlərin və dişlə bağlı xəstəliklərin inkişaf riskini azaldır.

Qatıq daha asan yuxuya getməyə kömək edir. Asan həzm olunan qidadır.

Xəbər xətti