Almaniya suborbital raket buraxıb

19:44 - 28 Fevral 2024 - DÜNYA

Alman Aerokosmik Mərkəzi İsveçin şimalındakı Kiruna şəhəri yaxınlığındakı Esrange raket sınaq poliqonundan yeni Red Kite mühərriki ilə təchiz edilmiş MAPHEUS 14 suborbital raketini uğurla buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveç Kosmik Korporasiyası məlumat yayıb.

Buraxılış fevralın 27-də baş tutub. Ümumi çəkisi 442,8 kiloqram olan faydalı yük 265,2 kilometr yüksəkliyə çatdırılıb. Buraxılışın elmi məqsədləri mikroqravitasiya şəraitində, əsasən materialşünaslıq və neyrobiologiya sahəsində 14 təcrübə aparmaqdır.

Xəbər xətti