Ermənistan TŞ-nın katibi Qərbdə kiməsə xoş gəlməyə çalışır - Zaxarova

16:56 - 28 Fevral 2024 - DÜNYA

"Bu, ilk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir, görünür, Qərbdə kiməsə xoş gəlməyə çalışır"

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya  Zaxarova deyib.

"Nerkin Hand bölgəsində Rusiya hərbçiləri yoxdur - Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə orada FSB-nin sərhəd xidməti postu yerləşdirilib. 30 ildən artıqdır ki, respublikanın sərhədlərini qoruyan sərhədçilərimizi ləkələmək cəhdlərini əks nəticəli hesab edirik. Bunun əksinə olaraq, Aİ-nin psevdomüşahidəçiləri ora çağırıldıqları işi görmürlər. Onlar orada Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar" - Zaxarova qeyd edib.

Xəbər xətti