FED uçot dərəcəsi ilə bağlı qərarını nə vaxt açıqlayacaq? - Tarix bilindi

16:08 - 28 Fevral 2024 - İQTİSADİYYAT

ABŞ Federal Ehtiyat Sisteminin sonuncu iclası yanvar ayında keçirilib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) yanvar ayında uçot dərəcəsini dəyişməyərək yüzdə 5,25-5,50 səviyyəsində saxlamasından sonra FED-in 2024-cü ilin fevral ayı faiz qərarının nə vaxt açıqlanacağı maraq doğurur.

Ucnoqta.az xəbər verir ki, FED-in ilin ikinci iclasından sonra açıqlanacaq faiz qərarı qızıl, dollar, neft və kripto pullara təsir edəcək. 

. İlin son iclasında ABŞ Federal Ehtiyat Sistemi (FED) gözləntilərə uyğun olaraq siyasət faizini dəyişməyərək son 22 ilin ən yüksək səviyyəsində saxlayıb.

Fevral ayında ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı ilə bağlı iclası baş tutmayacaq. FED-in növbəti iclası mart ayında olacaq. Faiz qərarı martın 20-si saat 21:00 radələrində, 19-20 mart tarixlərində keçiriləcək iclasdan sonra açıqlanacaq. FED 2024-cü ildə 3 faiz endirimi proqnozlaşdırmışdı. FED rəsmiləri 2025 və 2026-cı illərdə faiz dərəcələrinin azaldılmasını proqnozlaşdırırlar.

Xəbər xətti