Sumqayıtda ata oğluna balta ilə xəsarət yetirib

15:57 - 28 Fevral 2024 - SİYASƏT

Sumqayıtda ata oğluna balta ilə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə “BTZ bağları” deyilən ərazidə, fərdi evlərdən birində qeydə alınıb.

Sumqayıt sakini Arzuman Əhmədov, oğlu Məhəmmədəli Əhmədova balta ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.

M. Əhmədov Sumqayıtda xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Xəbər xətti