Azərbaycanlı investor Rusiyada 9 milyardlıq sanatoriyalar tikəcək

13:52 - 28 Fevral 2024 - Xəbər

Azərbaycandan olan şirkət Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 milyard rubl sərmayə qoymağı planlaşdırır

Ucnoqta.az xəbər verir ki, bu barədə kurortun rəhbəri Yevgeni Bakulin TASS-a bildirib.

"İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək", - Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunda Bakulin ideyib. 

Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.

"Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla həyata keçirmişik. Bu, CMS-də ilk beşulduzlu sanatoriyadır, qarşıda daha çox olacaq. Jeleznovodskda xüsusi iqtisadi zonanın populyarlığı getdikcə artır və bu o deməkdir ki, Jeleznovodsk inkişafı davam edəcək”, – deyə Jeleznovodsk rəhbəri bildirib.

Xəbər xətti