Zabuxa növbəti köç karvanı yola salınıb

07:06 - 28 Fevral 2024 - SİYASƏT

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Bununla ümumilikdə Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə). 

Xəbər xətti