Masazırda bir otaqlı ev tamamilə yanıb

09:11 - 25 Fevral 2024 - SİYASƏT

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti