Macarıstan İsveçdən döyüş təyyarələri alacaq

16:13 - 23 Fevral 2024 - DÜNYA

Macarıstan öz Hərbi Hava Qüvvələri üçün İsveçdən dörd "Gripen" qırıcısı alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristerssonla birlikdə Budapeştdə mətbuat konfransında çıxışı zamanı bildirib.

Tərəflər İsveç hərbi təyyarələrinin Macarıstanda istifadəsi və texniki xidmətinə dair iki saziş imzalayıblar. Hazırda Macarıstan Hərbi Hava Qüvvələrində 14 belə texnika var.

Xəbər xətti