"Onun ölüm hökmünü özüm çıxaracağam" - Deputat

15:04 - 23 Fevral 2024 - Xəbər

Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.

Ucnoqta.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat özünün işlədiyi dövrlərdən danışıb:

"Biz işləyən zaman qərar qəbul etmişdik ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm Qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".

Xəbər xətti